Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Vəzifə: Gənc mütəxəssis
Elan tarixi: 13-08-2025
Son Tarix: 22-09-2025
Vəzifə və öhdəliklər
Bankın Mikro biznes kreditlərinin satışı sahəsində karyera qurmaq istəyən gənclər üçün nəzərdə tutulmuş təcrübə proqramıdır. Proqram müddətində iştirakçılar mikrokredit məhsulları, müştəri ilə ünsiyyət, maliyyə təhlili və satış prosesləri üzrə bilik və bacarıqlar qazanacaqlar. Təcrübəni uğurla başa vuran namizədlərə bankda karyera imkanları təklif ediləcəkdir.
Tələblər
Ümumi orta, peşə (ixtisas) təhsili, ali təhsil (üstünlükdür)
Yüksək ünsiyyət və təqdimat bacarığı
Satış bacarığı
Analitik düşünmə və problem həll etmə bacarığı
Komandada işləmək bacarığı
Öyrənməyə və inkişaf etməyə həvəs
MS Office proqramları üzrə baza bilikləri
Biz Sizə nə təklif edirik
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
Proqramın sonunda işə qəbul olmaq imkanı
Müasir idarəetmə sistemi və mehriban kollektiv