Cümə axşamı, 4 Sentyabr, 2025

Yeni məzunlar üçün nəzərdə tutulan “KOB Müştəri Meneceri üzrə” təcrübə proqramına müraciətlər başladı


  • Dərc edildi: 22 İyun, 2025 - 04:05
Yeni məzunlar üçün nəzərdə tutulan “KOB Müştəri Meneceri üzrə” təcrübə proqramına müraciətlər başladı

Yeni məzunlar üçün nəzərdə tutulan “KOB Müştəri Meneceri üzrə” təcrübə proqramına müraciətlər başladı!

İş haqqında

ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!

Bankımız "KOB Müştəri meneceri üzrə təcrübə proqramı" elan edir!

Gənclərin inkişafına xüsusi diqqət göstərən Bankımız ali təhsilini yeni bitirmiş gənclərə uğurlu karyera imkanları yaradır. Belə ki, onlar “KOB Müştəriləri meneceri üzrə təcrübə proqramı"-da iştirak edərək ABB-də təcrübə qazanma fürsəti əldə edəcəklər.

Namizədlər aşağıda sadalanan tələblərə malik olmalıdırlar:

Ali təhsilli (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya riyaziyyat üzrə);

Ofis proqramları üzrə istifadə bacarığı;

Yazılı və şifahi ünsiyyət bacarığı;

Satış etməyə iddialı və enerjili;

Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;

Kollektivlə aktiv işləmək bacarığı.

 

Hədəfimiz 3 ay ərzində gənclərimizə şəxsi inkişaf məqsədlərinə çatmağa və gələcək karyera imkanlarını genişləndirməyə kömək etməkdir.

 

Qeyd: Təcrübə proqramını uğurla başa vuran gənclər iş ilə təmin olunacaqlar.

 

Əgər qeyd olunan tələblərə cavab verirsənsə, careers.abb-bank.az saytında qeydiyyatdan keçərək müraciət edə bilərsən!

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1119
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8124
Sumqayıt Dövlət Univ...