Cümə axşamı, 4 Sentyabr, 2025

Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan olunur


  • Dərc edildi: 1 Sentyabr, 2025 - 17:15
Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan olunur

Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Orta təhsil üzrə şöbəsində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.

Qulluq funksiyaları:

  • Qəbul imtahanı fənlərindən biri üzrə (xarici dil istisna olmaqla) yoxlama-ölçmə materiallarının tərtib edilməsi, ekspertizası və test bankının təftişi işinin təşkili;
  • Ümumi metodiki göstərişlərin işlənib hazırlanması;
  • Qəbul proqramlarının və model tapşırıqların hazırlanmasında iştirak;
  • İmtahan verəcək namizədlərə elmi-metodik köməklik məqsədilə vəsaitlərin – topluların hazırlanmasında iştirak;
  • Qapalı rejimdə işlərdə iştirak, müvafiq imtahanlarda sual kitabçalarına daxil olan test tapşırıqlarının qapalı iş rejimində (bunkerdə) yoxlanılması və ekspertizası işinin kurasiya edilməsi;
  • Səlahiyyətləri daxilində şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
  • Rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi;
  • Müxtəlif təşkilatlara keçirilən işə qəbul imtahanları, müsabiqələrdə istifadə olunan və orta təhsil proqramının məzmununa uyğun gələn tapşırıqların hazırlanması və yoxlanılmasında iştirak;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).

Tələblər:

  • Namizədin ali təhsil üzrə ixtisası təhsil ixtisasları qrupuna və qəbul imtahanı fənlərinə (xarici dil istisna olmaqla) aid olmalıdır;
  • Vəzifənin qulluq funksiyalarına uyğun ən azı 2 il iş stajı;
  • "MS Windows", "MS Office" proqramları, "Internet" və "Outlook" ilə işləmək bacarığı;
  • Azərbaycan dili - yüksək səviyyə (rəsmi yazışma və işgüzar üslubda sərbəst), rus və ingilis dilləri -orta səviyyə;
  • Pedaqoji ölçmə nəzəriyyəsi, testlərin hazırlanması və ekspertizası metodikası sahəsində dərin nəzəri bilik və praktik təcrübə.

Müraciət qaydası:

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Orta təhsil üzrə şöbə – böyük məsləhətçi” qeyd etməklə 19 sentyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1125
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8132
Sumqayıt Dövlət Univ...