Şənbə, 7 İyun, 2025

“TİPx 5: Limitsizsiniz” konfransı keçiriləcək


  • Dərc edildi: 22 Oktyabr, 2022 - 10:51
“TİPx 5: Limitsizsiniz” konfransı keçiriləcək

“Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində “TİPx 5: Limitsizsiniz” konfransı keçiriləcək

Tələbələr xaricdə qısamüddətli təhsil və təcrübə proqramları barədə məlumatlandırılacaq

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən 28 oktyabr tarixində Xəzər Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 5: Limitsizsiniz” konfransı keçiriləcək.

 

Məqsəd tələbələri xaricdə qısamüddətli təhsil və təcrübə proqramları barədə məlumatlandırmaq, şəxsi inkişaf, sərbəst iş rejimi, peşəkar əmək fəaliyyəti üzrə təcrübə və tövsiyələrin paylaşılması, onlara  karyera planlaması istiqamətində dəstək olmaqdır.

 

Tədbirin mövzuları:

 

•Əngəllər yalnız beynimizdədir

•İşimizin "ustası" necə olaq?

•Xaricdə qisamüddətli təcrübə təhsil imkanları

•Sərbəst iş rejiminin üstünlükləri

 

Konfransa müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri qatıla bilər. İştirak üçün onlayn qeydiyyat formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.

 

Son qeydiyyat tarixi: 26 oktyabr, 2022

 

Qeydiyyat linki: http://shorturl.at/qCEF6

 

Gəl, sərhədləri birgə aşaq!

 

Keçirilmə tarixi: 28 oktyabr, saat 15:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 126
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 301
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...