Çərşənbə, 4 İyun, 2025

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”


  • Dərc edildi: 2 İyun, 2025 - 14:47
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”

 

“Ali təhsil əlçatan olmalıdır. Bu, elitar bir anlayış deyil. Təbii ki, xüsusi bacarıqlar tələb edən ixtisaslar istisnadır. Amma kim ali təhsil almaq istəyirsə, bu hüquqdan istifadə etməlidir”.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində təşkil olunan “Böyük Qayıdış: Çağırışlar və İmkanlar” adlı birinci panel sessiyasında çıxışı zamanı deyib.

 

Nazir qeyd edib ki, həyat çox sürətlə dəyişir və bu dəyişikliklərə uyğun ali təhsilin də hər kəs üçün əlçatan olması vacibdir. Onun sözlərinə görə, Azərbaycanda bir həkimin hazırlanmasına dövlət tərəfindən hər il təxminən 40–50 min ABŞ dolları ayrılır. Avropa ölkələrində isə bu rəqəm 120 min dollara qədər yüksəlir:

“Əsas məsələ təhsilin məzmununun keyfiyyəti və əmək bazarına lazım olan bacarıqlara malik kadrların hazırlanmasıdır. Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq”.

 

Emin Əmrullayev həmçinin qeyd edib ki, müasir dövrdə təhsil prosesi yalnız yazı-pozu öyrətməklə yekunlaşmır. Bu proses olduqca mürəkkəb və çoxşaxəlidir. 

Nazir əlavə edib ki, vətəndaşlar universitetlərə qəbul üçün yerlərin artırılmasını alqışlasalar da, çox zaman bu məzunların gələcəkdə iş tapa biləcəkləri ilə maraqlanırlar:

“Hazırda Azərbaycanda 60 min nəfərin ali təhsil almaq imkanı var. Bu göstərici əvvəlki illərlə müqayisədə üç dəfə artıb. Lakin verilən suallardan biri də budur: bakalavr pilləsində təhsil alanların hamısı iş tapa biləcəkmi? Biz də sual edirik: bəs ali təhsil almayanlar iş tapa biləcəkmi? İlkin məqsəd təhsil almaqdır”.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 211
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 54
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...