Bazar, 20 İyul, 2025

Robo Games öz könüllülərini axtarır!


  • Dərc edildi: 24 Noyabr, 2022 - 19:08
Robo Games öz könüllülərini axtarır!

"RoboGames Azərbaycan 2022" Könüllü qeydiyyat forması

RoboGames Azərbaycan – 10-16 yaş aralığında məktəblilər üçün nəzərdə tutulan və STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) sahəsində bacarıqlarını təkmilləşdirmələri məqsədilə təşkil edilən yerli layihə əsaslı robot texnologiyaları müsabiqəsidir. 
 

24-25 dekabr tarixlərində keçiriləcək “RoboGames 2022: Smart City” müsabiqəsində 49 məktəbin (özəl və dövlət məktəbləri olmaqla) iştirakı nəzərdə tutulmuşdur. Müsabiqədə hər məktəbdən bir komanda, hər komandada isə 4-5 şagird iştirak edərək öz məktəblərini təmsil edəcəklər. 

"RoboGames" şagirdləri əyləncəli bir mühitdə real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həll yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirən qeyri-adi bir təcrübədir. Bu müsabiqənin uğurla təşkil olunmasında könüllülərin rolu əvəzolunmazdır. Odur ki, "RoboGames"in bir parçası olaraq bizimlə bu həyəcanı yaşamaq, yeni təcrübə, dostluqlar və unudulmaz xatirələr qazanmaq istəyirsənsə, qeydiyyat formunu doldurmağa elə indi başla!

Qeyd 1: Müsabiqədə könüllü olmaq üçün ixtisasından asılı olmayaraq bütün tələbələr müraciət edə bilər. Seçim prosesi qeydiyyat formunu cavablamaq və müsahibə olmaqla 2 mərhələdən ibarətdir. 

Qeyd 2: Formu Azərbaycan, ingilis və ya rus dilində cavablaya bilərsiniz.

Qeyd 3: Formda daxil edilmiş könüllü ad/soyadının sertifikat və digər çap materiallarında yerləşdiriləcəyini nəzərə alaraq orfoqrafik cəhətdən (Azərbaycan dilində) düzgün qeyd etməyinizi, xahiş edirik.
 

Son qeydiyyat tarixi: 25.11.2022 (23:59)

Müsabiqənin tarixi: 24-25 dekabr

Qeydiyyat formu: https://lnkd.in/eX36qs3y

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3337
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1745
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 187
Bu gündən tələbələri...