Çərşənbə axşamı, 19 Avqust, 2025

“PhET interaktiv simulyasiya platforması vasitəsilə tədrisin təşkili ” layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 27 Oktyabr, 2023 - 17:02
“PhET interaktiv simulyasiya platforması vasitəsilə tədrisin təşkili ” layihəsinin açılış mərasimi keçirilib

25 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “ PhET interaktiv simulyasiya platforması vasitəsilə tədrisin təşkili ” layihəsinin açılış mərasimi keçirilib.
“PhET interaktiv simulyasiya platforması vasitəsilə tədrisin təşkili” layihəsinin açılış mərasimi Bakı şəhəri Binəqədi rayon Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbdə keçirilib. 
Açılışda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Sumqayıt şəhər 32 nömrəli məktəbin direktoru Fəzilə Mahmudova, 44 nömrəli tam orta məktəbin direktoru Əzizə Abbasova, 169 nömrəli tam orta məktəbin direktoru Namiq İbadov, 297 nömrəli tam orta məktəbin direktoru Cavid Abbaszadə müəllimlər və şagirdlər iştirak edib. 
Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasında yerləşən tədris materialları və praktiki məşğələlərin Azərbaycan dilinə tərcümə etmək, platforma vasitəsilə məktəbimizdə dərnəklər təşkil etməklə Azərbaycanda interaktiv tədrisin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaratmaqdan ibarətdir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6853
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1690
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 671
“İnnovativ məktəb” l...