Çərşənbə, 4 İyun, 2025

"Debat klublarının yaradılması ilə təhsilalanların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 27 Oktyabr, 2023 - 17:03
"Debat klublarının yaradılması ilə təhsilalanların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin açılış mərasimi keçirilib

26 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "Debat klublarının yaradılması ilə təhsilalanların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin açılış mərasimi keçirilib.
"Debat klublarının yaradılması ilə təhsilalanların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin açılış mərasimi Bakı şəhəri 169 nömrəli tam orta məktəbdə keçirilib. 
Açılışda 169 nömrəli tam orta məktəbin direktoru Namiq İbadov , Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Debat Vətəndaş Cəmiyyəti (DVC) İctimai Birliyinin s�

�dr müavini Əli İsgəndərli, 280 nömrəli tam orta məktəbin direktoru Nəsimi Quliyev, 284 nömrəli tam orta məktəbin direktoru Xalid Alıhüseynov, 44 nömrəli tam orta məktəbin direktoru Əzizə Abbasova, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.
Layihənin əsas məqsədi məktəblərdə debat klubunun təşkili ilə təhsilalanlar arasında 21-ci əsr bacarıqları sırasında olan ünsiyyət, özünü təqdimetmə və natiqlik bacarıqlarının inkişaf
etdirilməsidir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Layihə sentyabrın 15-dən yanvarın 15-dək davam edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...