Şənbə, 7 İyun, 2025

Sosial media meneceri vakansiyası


  • Dərc edildi: 2 May, 2023 - 23:03
Sosial media meneceri  vakansiyası

Şirkət: “UniDream”

Vəzifə: Sosial media meneceri 

“UniDream” şirkəti 10 nəfərdən çox komanda üzvünə malik xaricdə təhsil xidmətləri göstərən, məktəbli və tələbələrə xarici universitetlərə qəbul üçün dəstək olan şirkətdir. İldə 100-dən çox tələbəyə xidmət göstərərək vacib məqamda onların və ailələrinin yanında olur, bu yolda hərtərəfli dəstək veririk. 

Bir çox xarici universitet və şirkətlə sıx əməkdaşlıq edir, beynəlxalq səviyyədə təmsil olunuruq. Şirkət Azərbaycanla yanaşı Qazaxstanda da aktiv fəaliyyət göstərir. Şirkətin təsisçisi İsmayıl Qədimli bu sahədə 6 ildən çox təcrübəyə malikdir və 500-dən çox tələbəyə bu yolda dəstək olub. Eyni zamanda sözügedən sahədə yeganə olan beynəlxalq ICEF sertifikasiyasından uğurla keçmiş mütəxəssisdir.

Tələblər:

- sosial şəbəkələrin idarə olunması sahəsində minimum 6 ay təcrübə;

- kreativlik;

- araşdırma bacarığı;

- yenilikçilik və inkişafa meyillilik;

- komanda oyunçusu olmaq.

Arzuolunandır (başlanğıc əmək haqqının daha yüksək olması nəzərdə tutulur):

- kopiraytinq təcrübəsi;

- rus dili biliyi. 

İşin təsviri:

- marketinq meneceri tərəfindən təsdiqlənmiş sosial media planının icrası;

- şirkətə məxsus sosial şəbəkələrdə mesaj və rəylərin cavablandırılması;

- şirkətin gündəlik fəaliyyətinin storilərdə paylaşılması və aktivliyin qorunması;

- şirkətə məxsus sosial şəbəkələrdə paylaşımların edilməsi;

- post mətnləri və təsvirlərin yazılması;

- bloq və hekayələrin yazılması, yaxud yazılmasının təşkili;

- səhifə üçün “reels” və qısa videoların tapşırılmış ssenarilər üzrə çəkilməsi və həvəskar səviyyədə montajı;

- tədbirləri işıqlandırmaq, çəkilişin təmini və prosesə nəzarət (live, report);

- lazimi məlumatları əldə etmək üçün komanda ilə sıx ünsiyyət bacarığı;

- işləyəcəyi platformaların (Google, Facebook, Linkedin, Youtube) idarəetməsi ilə bağlı zəruri biliklərin olması.

Biz təklif edirik:

- peşəkar marketoloq tərəfindən mentorluq;

- işin hər mərhələsində təlim və dəstək;

- peşəkarlıq və karyera inkişafı imkanı;

- şirkət tərəfindən qarşılanan şəxsi inkişaf kurs və təlimlər;

- daha təcrübəli komanda rəhbərləri ilə iş və onların peşəkar dəstəyi;

- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək müqaviləsinin bağlanması, sığorta və sosial müdafiə təminatı.

İş şərtləri:

İş saatı:  Həftəlik 40 saat (razılıq əsasında).

Ünvan: Bünyad Sərdarov küçəsi 9, 1-ci mərtəbə (Kapital Bankın İçərişəhər filialı ilə üzbəüz).

Başlanğıc əməkhaqqı: 350-400 AZN, 2-ci aydan etibarən aylıq KPI üzrə bonus.

Maraqlanan namizədlər mövzu yerində “Sosial media meneceri” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervüyə dəvət olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 113
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 287
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 82
Elm və təhsil naziri...