Bazar, 8 İyun, 2025

“İngilis dilinin tədrisində Duolingo platformasının dəstəyi” layihəsinin bağlanış mərasimi - Duolingo gecəsi keçirilib


  • Dərc edildi: 1 May, 2023 - 16:21
“İngilis dilinin tədrisində Duolingo platformasının dəstəyi” layihəsinin bağlanış mərasimi - Duolingo gecəsi keçirilib

Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 143 nömrəli tam orta məktəbdə “İngilis dilinin tədrisində Duolingo platformasının dəstəyi” layihəsinin bağlanış mərasimi - Duolingo gecəsi keçirilib.

Layihənin əsas məqsədi Duolingo platformasının köməyilə ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək təhsil alanların bu fənn üzrə yeni bilik əldə etməsinə və dil öyrənmə bacarıqlarının inkişaf etdirilməsinə dəstək verməkdir.

Layihənin son hissəsində məktəb üzrə layihə iştirakçıları: rəhbər, təlimçi, ekspert, şagirdlər birgə olaraq Duolingo gecəsini təşkil etdilər. Bu gecədə ingilis dilində əyləncəli oyunlar, çıxışlar, tamaşalar yer almışdır. Bütün bu fəaliyyətin təşkili məhz ingilis dilində keçirilmişdir ki, bu da layihənin növbəti ildə davam etdirilməsində və şagirdlərin cəlbində müstəsna rol oynayacaqdır.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə 2022-ci il sentyabrın 15-dən 2023-cü il aprelin 30-dək davam etmişdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 132
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...