Bazar ertəsi, 2 İyun, 2025

"HR Mütəxəssis" təliminə 100% təqaüdlə təhsil almaq üçün qeydiyyat


  • Dərc edildi: 16 Dekabr, 2022 - 16:26
"HR Mütəxəssis" təliminə 100% təqaüdlə təhsil almaq üçün qeydiyyat

 HR sahəsində karyera qurmaq istəyib, maddi imkansızlığa görə təlimlərə qoşula bilməyənlərin müraciətləri əsasında hazırladığımız "BMS Təqaüd Proqramı" çərçivəsində "HR Mütəxəssis" təliminə 100% təqaüdlə təhsil almaq üçün qeydiyyatları açıq elan edirik.

 BMS təqaüd proqramına kimlər müraciət edə bilər?

Aşağıdakı 4 şərtin hər birini qarşılayan hər kəs:
1. HR sahəsində karyera qurmağı qarşınıza məqsəd qoymalısınız
2. Bakalavr təhsilini son 3 ildə, magistratura təhsilini son 1 ildə bitirmək şərti ilə, Universitet məzunu olmalısınız
3. İş axtaran (işləməyən) olmalısınız


4. Aztəminatlı ailə üzvü olmalısınız



 100 % təqaüdlə "HR Mütəxəssis" təlimində nələr tədris ediləcək? 
- BMS olaraq 6 ildir ki tədrisinə davam etdiyimiz, indiyə kimi 600-dən çox məzunu olan və məzunlarının böyük əksəriyyəti hazırda müxtəlif şirkətlərdə HR olaraq çalışan, 34 saat müddətində və 340 manat dəyərdində olan "HR Assistent" təlimi

- BMS olaraq 5 ildir ki tədrisinə davam etdiyimiz, indiyə kimi 100-dən çox məzunu olan, 16 saat müddətində və 250 manat dəyərindəki "İşə Qəbul və Seçim Mərhələləri" təlimi
- BMS olaraq 5 ildir ki tədrisinə davam etdiyimiz, indiyə kimi 150-dən çox məzunu olan, 16 saat müddətində və 130 manat dəyərindəki "HR-lar üçün Excel" təlimi (Bu təlimdə proqramı müvəffəqiyyət sertifikatı ilə bitirənlər iştirak edə biləcəklər.)

* Tədris ediləcək təlimlərin toplam dəyəri 720 manatdır.

  Bu proqramda iştirak edəcək 18 nəfər necə seçiləcək?
Müraciət edənlər arasından seçiləcək 18 nəfər iştirak haqqı qazanacaq. Seçim 2 mərhələli olacaq.

1-ci mərhələdə müraciətçilər məntiq və dünyagörüşlərini ölçəcəyimiz test və yazılı imtahanda iştirak edəcəklər. Bu imtahanda yüksək nəticə göstərən 36 nəfər 2-ci mərhələdə iştirak etməyə haqq qazanacaq.
 2-ci mərhələdə isə müsabiqə iştirakçıları üz-üzə müsahibəyə dəvət ediləcəklər. Müsahibə nəticəsində bms təqaüd proqramını qazanan 18 nəfər təyin ediləcək.

 Bu proqramda iştirak üçün necə müraciət etməli?
[email protected] mail ünvanına CV və universitet diplomunuzun və şəxsiyyət vəsiqənizin fotosunu göndərməyiniz kifayətdir. Mailin adı "bms təqaüd" olmalıdır.

 Son müraciət tarixi: 15.01.2023 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 27
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 105
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 144
Lisey və gimnaziyala...