Cümə, 6 İyun, 2025

İcraçı assistent vakansiyası


  • Dərc edildi: 5 Avqust, 2022 - 11:22
İcraçı assistent vakansiyası

İcraçı assistent

Vəzifə: İcraçı assistent

Qısa xülasə: İcraçı assistent zəngləri cavablandırmaq, qonaqları qarşılamaq, səfərlər təşkil etmək, hesabat hazırlamaq, sənədləri qeydiyyata almaq və çeşidləmək, iclasların protokollarını yazmaq və əsas haqq-hesab işlərini yerinə yetirmək öhdəliyi daşıyır.

Hesabat verir: Baş icraçı direktora

Əsas öhdəliklər:

  • Maliyyə hesabatları, məruzələr, qeydlər, hesab-fakturalar, məktublar və digər sənədlərin hazırlanması.
  • Zənglərin cavablandırılması, yaxud əlaqədar şəxslərə yönləndirilməsi, mesajların qəbul edilməsi.
  • Əsas haqq-hesab işlərini yerinə yetirmək.
  • Korporativ qeydləri, sənədləri və hesabatları qeydiyyata almaq və bərpa etmək.
  • Direktorlar Şurası, komitələr və rəhbərlərin nəzərdən keçirəcəyi və təqdim edəcəyi sənədlərlə bağlı məlumat araşdırmaq.
  • İclaslara hazırlaşmağa kömək etmək.
  • İclasların protokollarını dəqiq şəkildə qeyd etmək.
  • Qonaqları qarşılamaq və onların rəhbər işçilərlə görüşüb-görüşməyəcəklərinə qərar vermək.
  • Müxtəlif proqram təminatlarından, eləcə də mətnlərin emalı üçün proqramlardan, elektron cədvəllərdən, məlumat bazalarından və təqdimat məqsədli proqram təminatlarından istifadə etmək.
  • Daxil olan qeydləri, materialları oxumaq və təhlil etmək, onları lazımi şəxslərə yönləndirmək.
  • Rəhbərlərin səfərlərini təşkil etmək.
  • Ofisdəki işləri yerinə yetirmək, o cümlədən təchizat vasitələrini sifariş etmək və qeydlər bazasını idarə etmək.
  • Ştatdankənar assistent kimi iş təcrübəsi
  • Gələn faksları, elektron məktubları və digər yazışmaları açmaq, çeşidləmək və yönləndirmək.
  • Ümumi inzibati dəstək göstərmək.

Tələblər:

  • Şəxsi assistent və ya digər bu kimi vəzifələrdə iş təcrübəsi
  • MS Office proqramları üzrə peşəkar bacarıq
  • Bakalavr dərəcəsi
  • Yüksək təşkilatçılıq qabiliyyəti və vaxtın idarə edilməsi üzrə səmərəli bacarıqlar
  • Ofis alətləri və vasitələri ilə tanışlıq (məsələn: e-təqvimlər və surətçıxarma aparatları)
  • Dil bilikləri: Azərbaycan, türk, ingilis
  • Güclü ünsiyyət yazılı və şifahi ünsiyyət bacarıqları
  • Ehtiyatlılıq və məxfilik

Maraqlanan şəxslərin öz CV-lərini mövzu (subject) hissəsində "İcraçı assistent" yazmaqla [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 105
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 285
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 81
Elm və təhsil naziri...