Çərşənbə, 4 İyun, 2025

Şəkidə "Olimpiada mərkəzinin yaradılması ilə təhsilalanların RFO-ya hazırlaşdırılması" layihəsinin açılışı olub


  • Dərc edildi: 29 Oktyabr, 2023 - 23:13
Şəkidə "Olimpiada mərkəzinin yaradılması ilə təhsilalanların RFO-ya hazırlaşdırılması" layihəsinin açılışı olub

Şəkidə "Olimpiada mərkəzinin yaradılması ilə təhsilalanların RFO-ya hazırlaşdırılması" layihəsinin açılışı olub 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan "Olimpiada mərkəzinin yaradılması ilə təhsilalanların RFO-ya hazırlaşdırılması" layihəsinin açılış mərasimi keçirilib. 

Mərasim Şəki şəhəri 18 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri Məmməd Mahmudov, məktəb direktorları, layihənin idarə heyəti üzvləri, müəllimlər və valideynlər iştirak edib. 

Öncə çıxış edən layihə rəhbəri M.Mahmudov layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd Şəki şəhəri üzrə olimpiada mərkəzinin yaradılması ilə sistemli və davamlı şəkildə təhsilalanların fənn olimpiadalarına hazırlaşdırılması üçün hazırlıq qruplarının təşkilindən ibarətdir. Qeyd olunub ki, Şəki şəhəri üzrə 20 nəfər müəllimin seçiləcək, seçilmiş müəllimlərə olimpiada sahəsi üzrə təlimlər keçiriləcəkdir. Həmçinin şagirdlərin diaqnostik (seçim) və yekun qiymətləndirilməsi təşkil ediləcəkdir. Daha sonra təhsilalanlarla 3 ay ərzində intensiv olimpiada hazırlıqları təşkil olunacaq.

Tədbirdə çıxış edənlər digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 211
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 56
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...