Bazar, 3 Avqust, 2025

Aparıcı mühasib vakansiyası


  • Dərc edildi: 29 Aprel, 2025 - 00:33
Aparıcı mühasib vakansiyası

Aparıcı mühasib vakansiyası

 

Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir.
Son müraciət tarixi: 05.05.2025

Vəzifə: Aparıcı mühasib
 


İş öhdəlikləri:


· Dövlət Proqramı İdarəetmə Qrupuna aid ştat cədvəlinə əsasən əmək haqqı və digər xərclərin ödənilməsi;
· Əmək haqqı ilə bağlı aylıq, rüblük və illik statistik hesabatların təqdim edilməsi;
· Ümumi mühasibat uçotunun təşkili və aparılması;
· İnventarizasiyanın aparılmasında iştirak edilməsi;
· Əsas vəsaitlərlə bağlı illik statistik hesabatın təqdim edilməsi;
· Dövlət Proqramı üzrə malların (iş və xidməti) satınalınmasının mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına dəstək göstərilməsi;
· Dövlət Proqramı çərçivəsində fəaliyyətin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak edilməsi;
· Dövlət Proqramının icrası ilə bağlı xərclərin ödənilməsi üçün sənədlərin Dövlət Xəzinədarlıq Agentliyinin İnformasiyanın İdarəedilməsi Portalına göndərilməsi;
· Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi ilə bağlı təqdimatların icra olunması;
· Proqram iştirakçılarının təqaüd kartlarının sifarişinin təmin edilməsi;
· Proqram iştirakçılarının bank əməliyyatları ilə bağlı yaranmış sorğuların tərəfdaş bankla əlaqələndirilməsi;
· Beynəlxalq ikili diplom proqramlarının xərclərinin maliyyələşdirilməsi bağlı sifariş sənədlərinin hazırlanması və maliyyələşdirən quruma təqdim edilməsi;
· Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.

QEYD: CV-lərinizi “Aparıcı mühasib” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5437
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 896
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 312
“İnnovativ məktəb” l...