Şənbə, 7 İyun, 2025

“SƏTƏM üzrə kiçik mütəxəssis” vakansiyası


  • Dərc edildi: 29 Aprel, 2025 - 00:36
“SƏTƏM üzrə kiçik mütəxəssis” vakansiyası

Azərbaycan Supermarket MMC “SƏTƏM üzrə kiçik mütəxəssis” vakansiyasını elan edir.
 


Vəzifə öhdəlikləri


·      Müəyyən edilmiş yoxlama siyahısına uyğun olaraq Mərkəzi Anbar ərazisində müşahidələr və yoxlamalar aparmaq
·      Anbar ərazisində aşkar edilmiş uyğunsuzluqları/nöqsanları sənədləşdirmək
·      Uyğunsuzluq/nöqsan hesabatının şirkət daxilində məsul şöbələr və işçilərlə paylaşmaq;
·      Təhlükəsizlik qaydaları haqqında Anbar ərazisindəki rəhbər heyəti və işçiləri məlumatlandırmaq;
·      Yanğın zamanı evakuasiya üzrə təlimlərdə iştirak etmək
·      Sahələr üzrə təlimlər keçmək;
·      İş yerlərində müşahidələr aparmaqla təlimin effektivliyini yoxlamaq;
·      Anbar ərazisində fərdi mühafizə vasitələrinin gündəlik yoxlanılması;
·      Qəza və hadisələr haqqında qeydlər aparmaq və dərhal məlumat vermək;
·      Avadanlıq və mexanizmlərin təhlükəsiz istismarına və quraşdırılmasına nəzarət etmək;
·      İş yerlərində təhlükələrin müəyyənləşdirilməsinə və risklərin qiymətləndirilməsinə cəlb etmək;
·      SƏTƏM üzrə Menecerə müşahidələr və yoxlamalar haqqında aylıq hesabatları təqdim etmək;
·      Anbar ərazisində yanğın təhlükəsizliyi və ilkin yanğınsöndürmə tədbirləri ilə bağlı yoxlamalar aparmaq;
·      Şirkətin risk qiymətləndirmələrinə və təhlükəsizlik əməliyyat prosedurlarına riayət olunmasına nəzarət etmək;
·      SƏTƏM ilə bağlı yarana biləcək bütün tapşırıqların vaxtında yerinə yetirilməsi üçün çalışmaq;
·      Zəruri hallarda gündəlik olaraq işdən əvvəl SƏTƏM təlimlərində iştirak etmək;
·      Zəruri hallarda əməkdaşların SƏTƏM biliklərinin qiymətləndirilməsində iştirak etmək;
·      Avadanlığın planlaşdırılmış yoxlanılması və onun istifadəsi ilə bağlı yerində təlimat vermək.
 


Tələblər


·      Ən az 1 il müvafiq vəzifədə təcrübə;
·      Peşəkar ünsiyyət və yazışma bacarıqları;
·      Verilən tapşırıqları qısa müddətdə yerinə yetirmək bacarığı;
·      Komanda oyunçusu;
·      İngilis dilində başlanğıc səviyyədə biliklərə sahib olmaq;
·      Yüksək təqdimat bacarığı;
·      Tənqidi düşüncə və təhlil bacarıqları;
·      Bir neçə prioritet məsələləri birlikdə iradə etmə bacarıqları;
·      Problemlərin həllində yaradıcı yanaşma bacarığı;
·      Sərbəst Microsoft Office istifadəçisi olmaq;
·      Çeviklik və tez öyrənmək qabiliyyəti;
·      Gərgin iş şəraitində işləmə bacarığı;

Maraqlanan namizədlər [email protected] email ünvanına “SƏTƏM üzrə kiçik mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 123
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 297
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 84
Elm və təhsil naziri...