Cümə, 6 İyun, 2025

Sahibkarlığın İnkişafı Fondu “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir


  • Dərc edildi: 4 Oktyabr, 2022 - 10:49
Sahibkarlığın İnkişafı Fondu “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir

İŞİN TƏSVİRİ:

 

  • Fond ilə digər qurumlar arasında işlərin operativ aparılması məqsədilə səmərəli əlaqələndirməni təmin etmək;
  • Fondun fəaliyyətinə aid edilmiş sahələrdə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin analoji qurumları ilə əməkdaşlığı həyata keçirmək;
  • Fondun fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin analoji qurumları ilə əməkdaşlığa nəzarət etmək və həmin əməkdaşlıq üzrə öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan tədbirlər görmək;
  • Fondun fəaliyyət istiqamətlərinə aid tədbirlərin icrasını əlaqələndirmək, icra vəziyyətini təhlil etmək və icra vəziyyətinə dair hesabatlar hazırlamaq;
  • Fonda daxil olan və icrası qrupa tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasında iştirak etmək;
  • Fondun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;
  • Fondun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilmək.

 

 NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 

  • İqtisadiyyat, maliyyə və idarəetmə ixtisasları üzrə ali təhsil;
  • İxtisası üzrə iş təcrübəsinin olması arzuolunandır;
  • Güclü iqtisadi biliklərə sahib olmaq;
  • Analitik təhlil aparmaq və problemi həlletmə qabiliyyəti;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük keyfiyyəti;
  • MS Office (xüsusilə Word, Excel, PowerPoint) proqramlarından yüksək səviyyədə istifadə bacarığı; İngilis dili biliyinin yüksək səviyyədə, Rus dili biliyinin olması arzuolunandır;
  • Kollektivlə işləmək bacarığı və ünsiyyət qabiliyyəti olan şəxslərə üstünlük verilir.

.

 

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.

 

Son müraciət tarixi:  15.10.2022

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 105
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 285
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 81
Elm və təhsil naziri...