Çərşənbə, 4 İyun, 2025

Rəqəmsal marketinq bölməsinin rəhbəri vakansiyası


  • Dərc edildi: 22 Sentyabr, 2023 - 15:31
Rəqəmsal marketinq bölməsinin rəhbəri vakansiyası

Vakansiya: Rəqəmsal marketinq bölməsinin rəhbəri

Departament: Kommersiya departamenti/Marketinq şöbəsi/Rəqəmsal marketinq bölməsi

Vəzifə öhdəlikləri:

  • Vebsayt, sosial media, e-poçt, ödənişli reklamlar, SEO və digər rəqəmsal kanalları əhatə edən rəqəmsal marketinq strategiyasının yaradılması və icra edilməsi;
  • Rəqəmsal marketinq kampaniyalarının planlanması, resursların effektiv idarə olunması və yuxarı ROI göstəricisi üçün  büdcələrinin idarə olunması;
  • Rəqəmsal kanallarda maraqlı məzmunun yaradılması üçün daxili komanda və vendor şirkətlərlə əməkdaşlıq;
  • Kampaniya datalarının analiz olunması və optimizasiya edilməsi;
  • Rəqəmsal marketinq komandasının idarə olunması və inkişaf etdirilməsi;
  • Şirkətdaxili digər şöbə və departamentlərlə (satış, məhsul və s.) əməkdaşlıq edərək rəqəmsal marketinq fəaliyyətinin sinxronlaşdırılması ;
  • Rəqiblərin fəaliyyətinin monitorinqi və analizi;
  • Rəhbərlik tərəfindən təyin olunmuş hədəflərə uyğun fəaliyyətin təmin edilməsi;
  • Hesabatların və dashboard-ların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələb olunun biliklər:

  • Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznesin təşkili üzrə təhsil arzuolunandır);
  • Google Ads, Meta Ads, Apple Search Ads kimi reklam platformalarında təcrübə;
  • Google Analytics, Google Tag Manager, AppsFlyer kimi analitika alətlərində təcrübə;
  • Google Search Console, Play Console, App Store Connect, Semrush, ASODesk kimi SEO və ASO alətlərində təcrübə;
  • Google Looker Studio ilə təcrübə;
  • Rəqəmsal marketinq üzrə minimum 3 il iş təcrübəsi (minimum 1 il rəhbər kimi);
  • Ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Ünsiyyət və təqdimat bacarıqları;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, ingilis dili – yaxşı, rus dili - arzu olunan.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...