Şənbə, 7 İyun, 2025

ARTİ-nin Layihələrin idarə olunması şöbəsi aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir


  • Dərc edildi: 7 Oktyabr, 2023 - 00:06
ARTİ-nin Layihələrin idarə olunması şöbəsi aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir

ARTİ-nin Layihələrin idarə olunması şöbəsi xarici ölkələr, yerli və beynəlxalq qurumlar və donorlarla əməkdaşlıqlar çərçivəsində fəaliyyətlərin təşkilinə məsul olaraq, bu istiqamətdə layihə təklifləri verir və təşəbbüsləri idarə edir, layihələrin koordinasiyası, əlaqələndirilməsi və icrasına nəzarəti və digər funksiyaları həyata keçirir.

Vəzifə öhdəlikləri:

• Layihə təkliflərinin hazırlanması;
• Layihələrin effektiv realizasiyası, əlaqələndirilməsi və idarəetməsinin təmin edilməsinə dəstək göstərilməsi;
• Layihələr üzrə görülən tədbirlərin müvafiq struktur bölmələr ilə koordinasiya edilməsi;
• Layihələr üzrə məlumatların təhlili;
• Layihələr üzrə hesabatların tərtibi;
• Layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi və işlənməsinə dəstək;
• Təhsil tədqiqatlarının aparılması;
• Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.

Tələblər:

• Ali təhsil;
• Təhsil, sosial və ya biznes sahələrində müxtəlif miqyaslı və əhəmiyyətli layihələrin idarə edilməsi üzrə iş təcrübəsi (könüllü fəaliyyət də nəzərə alınır);
• Layihələri idarəetmə bacarıqları;
• Tədqiqat bacarıqları;
• Elm və təhsil sahələri üzrə biliklər;
• Təşəbbüskarlıq;
• Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı;
• Yüksək təşkilatçılıq və effektiv ünsiyyət bacarıqları;
• Analitik və tənqidi düşünmə qabiliyyəti, sürətli öyrənmə, adaptasiya;
• Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (rus dili arzuolunandır);
• Zamanı effektiv idarəetmə bacarığı;
• Yeniliyə və peşəkar inkişafa açıqlıq;
• Təhsil sahəsində işləmək həvəsi;
• Müvafiq kompüter bilikləri.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 13.10.2023-cü il tarixinədək CV-lərini [email protected] elektron poçt ünvanına “Aparıcı mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 113
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 287
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 82
Elm və təhsil naziri...