Çərşənbə axşamı, 5 Avqust, 2025

"Diplomatiya Məktəbi" layihəsi


  • Dərc edildi: 7 Yanvar, 2023 - 15:01
"Diplomatiya Məktəbi" layihəsi

Tarixə yön vermiş məhşur siyasətçi, hökmdar I Napoleon’un belə bir ifadəsi var: “Diplomatiya təmtəraqlı libas geyinmiş bir siyasətdir!” 

 

Bəs siz siyasətin ayrılmaz tərkibi olan diplomatiyanı müasir metodlarla peşəkar mütəxəssislərdən öyrənməyə hazırsız? 

 

Elə isə sizi "Diplomatiya Məktəbi" layihəsinin iştirakçısı olmağa dəvət edirik! 

 

Layihə çərçivəsində 1 ay müddətində mütəxəssislər tərəfindən diplomatiyanın müxtəlif istiqamətləri üzrə təlimlər keçiriləcək. 

 

Təlimlərin keçirildiyi müddətdə gənclər siyasi ideologiyaların əsaslarını, siyasi prosseslərin inkişaf xəttini öyrənəcəklər. 

 

Layihədə iştirak təmamilə ödənişsizdir. 

 

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biri olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tərəfdaşlığı ilə həyata keçirilir. 

 

 Layihədə iştirak etmək üçün link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/xacxaXBBQJCWgz227

Layihədə iştirak üçün son qeydiyyat tarixi:

 14.01.2023

 23:59

 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5677
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1024
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 364
“İnnovativ məktəb” l...