Çərşənbə axşamı, 5 Avqust, 2025

PROGRO komandası sizi “Peşəkar İnkişaf Proqramı”na dəvət edir


  • Dərc edildi: 7 Yanvar, 2023 - 00:40
PROGRO komandası sizi “Peşəkar İnkişaf Proqramı”na dəvət edir

PROGRO komandası sizi “Peşəkar İnkişaf Proqramı”na dəvət edir.
2 aylıq bu proqramda siz fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, tədbirlərin təşkili, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər kimi bir çox fəaliyyətlərdə iştirak edəcək və iş mühitinə bir peşəkar kimi hazırlaşacaqsınız. Bəs bu proqramda kimlər iştirak edə bilər?
Əgər:
- Uğurlu karyeraya başlamaq;
- Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;
- Həyatdakı seçim imkanlarınızı genişləndirmək istəyirsinizsə;
O zaman TƏLƏSİN!
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
30 yaşı tamam olmamış;
Orta və ya ali ixtisas təhsilli məzunlar;
Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
 İştirak etmək istəyənləri 15 yanvar 2023-cü il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:
 https://forms.gle/EXJherKzib5GPBW86
“Peşəkar İnkişaf Proqramı”nda iştirak tamamilə ödənişsizdir
PROGRO Platforması BMT - nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində yaradılmışdır və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5674
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1022
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 362
“İnnovativ məktəb” l...