Çərşənbə axşamı, 22 İyul, 2025

Azərbaycan Menecment və İnvestisiya Korporasiyasında Təcrübə Proqramı


  • Dərc edildi: 23 Yanvar, 2023 - 00:52
Azərbaycan Menecment və İnvestisiya Korporasiyasında Təcrübə Proqramı

Azərbaycan Menecment və İnvestisiya Korporasiyası bu dəfə işinin peşəkarı olmaq istəyən və bu istiqamətdə böyük təcrübəyə sahib olmağı qarşısına məqsəd qoyan gəncləri axtarır!

Siz də gənc, dinamik, hər gün inkişaf edən komandanın bir hissəsi olmaq istəyirsinizsə, o zaman komandamıza dəvətlisiniz.

Elan etdiyimiz təcrübə proqramı üçün müraciət edə biləcəyiniz istiqamətlər:

- Layihələrin Təşkili və İdarəedilməsi ;

- İctimaiyyətlə Əlaqələr (PR) ;

- İnsan Resursları (HR) ;

- Təchizat və satınalmalar;

- Mühasibatlıq.

Təcrübə proqramına qatılmaq üçün tələb olunan əsas meyarlar:

– 17-25 yaş aralığında olmalı;

– İşində yüksək motivasiyalı olmalı;

– Təşəbbüskar və məsuliyyətli olmalı;

– Komanda ilə işləmə bacarığı olmalı;

–Stressə davamlı olmalı;

– Gələcək karyera planlama istiqaməti təcrübə proqramının istiqamətləri ilə üst-üstə düşməli;

3 ay davam edəcək təcrübə proqramının sonunda iştirakçılar sertifikat və digər lazımi sənədlərlə təltif olunacaqlar.

Real iş mühitində təcrübə keçmək, nəzəri biliklərinin praktikada tətbiqini görmək və korporativ iş mühiti ilə tanış olmaq istəyirsinizsə, bu sizin üçün əsl şans olacaqdır. 📈

Müraciət etmək istəyən şəxslər aşağıda qeyd edilən link vasitəsilə 25 yanvar saat 18:00-a qədər onlayn qaydada müraciət edə bilərlər. Növbəti mərhələ isə müsahibə mərhələsi olacaq.

Qeydiyyat linki: LİNK

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 0
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4093
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2413
Peşə təhsili müəssis...