Bazar, 20 İyul, 2025

“AI4Culture: Mədəniyyətin Rəqəmsal Transformasiyası” layihəsi çərçivəsində süni intellektin tədrisi ilə bağlı keçiriləcək ödənişsiz təlim kursu keçiriləcək


  • Dərc edildi: 8 Yanvar, 2025 - 06:45
“AI4Culture: Mədəniyyətin Rəqəmsal Transformasiyası” layihəsi çərçivəsində süni intellektin tədrisi ilə bağlı keçiriləcək ödənişsiz təlim kursu keçiriləcək

Əziz GƏNC! 

Dünya Azərbaycanlıları Gənclər Təşkilatı “AI4Culture: Mədəniyyətin Rəqəmsal Transformasiyası” layihəsi çərçivəsində süni intellektin tədrisi ilə bağlı keçiriləcək ödənişsiz təlim kursu üçün qeydiyyatı açıq elan edir! 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və İnnovaitive.az Süni İntellektin Tədrisi və Tanıtımı Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirdiyimiz bu layihə mədəni irsə dair məlumatlılığı artırmaq və rəqəmsal əlçatanlığı təmin etmək məqsədini güdür. 

Təlimlər 2 ay ərzində süni intellekt sahəsində ixtisaslaşmış mütəxəssislər tərəfindən keçiriləcək. Bu layihə çərçivəsində seçilən 15 nəfər gənc, süni intellekt alətləri ilə mədəniyyət xadimlərinin monoloqlarını canlandıracaq, yeni rəqəmsal təcrübələr kəşf edəcək və bu sahədə innovativ yeniliklər yaradacaqlar! 

Layihə Çərçivəsində Öyrənəcəkləriniz:

1. AI ilə foto və avatarların yaradılması

2. AI ilə foto və avatarları videoya çevirmək

3. AI vasitəsilə dərin araşdırmaların aparılması

4. Prompt mühəndisliyi

5. AI ilə səslərin yaradılması və klonlaşdırılması

6. Avatarların danışıqlarının sinxronizasiyası

7. AI ilə dizayn və təqdimat bacarıqlarının inkişafı

8. AI ilə şəkillərin keyfiyyətli formaya konvertasiyası

 Layihənin sonunda uğurla iştirak edənlər rəsmi diplomlarla təltif olunacaq!

 Seçim prosesi:

1. Qeydiyyat linki ilə müraciət

2. Uğurlu müraciət edənlər üçün müsahibə mərhələsi

3. Müsahibə mərhələsindən keçənlər üçün test mərhələsi

4. Seçilən namizədlərin təlimlərə qatılması

 Son qeydiyyat tarixi: 15 yanvar, 2025-ci il

Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3205
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1652
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 185
Bu gündən tələbələri...