Bazar, 8 İyun, 2025

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir


  • Dərc edildi: 26 Avqust, 2022 - 18:18
Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

Gəncə, Lənkəran, Şəki və Şirvan Şəhər Tibbi-Bədən Tərbiyəsi Dispanserlərinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edir.

Qeyd edilən vakansiyalar üzrə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:

- Ali tibb təhsili

- Minimum iş stajı: 5 il (rəhbər işində olanlara üstünlük verilir)

- Yaş həddi: 45 yaşadək

- Kollektivlə işləmək bacarığı

- Tibb menecmenti, terapevt və travmatoloqlara üstünlük verilir.

Təqdim ediləcək sənədlər:

- Linkdə verilmiş (bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir)

- Şəxsiyyət vəsiqəsinin surəti

- Ali tibb təhsili haqqında diplomun surəti

Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Musahibə nəticələrinə uyğun olaraq, yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.

Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 30 sentyabr 2022-ci il saat 12:00-dək.

Əlavə məlumat üçün telefon: (012) 465-65-72

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 134
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 308
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...