Cümə, 8 Avqust, 2025

Korporativ Satış üzrə Mütəxəssis vakansiyası


  • Dərc edildi: 23 Avqust, 2022 - 17:55
Korporativ Satış üzrə Mütəxəssis vakansiyası

"Grand Motors Company" Korporativ Satış üzrə Mütəxəssis axtarır!

Namizədə olan tələblər:
 
·           Təcrübə: Satış sahəsi üzrə minimum 2 il təcrübə (avto-ehtiyat hissələri, tikinti, sənaye, istehsal yönümlü sahələrdə təcrübə üstünlükdür);
·           Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzuolunandır);
·           Təqdimat bacarığı;
·           İnandırma bacarığı;
·           Satış texnikaları üzrə biliklər;
·           Ünsiyyət qurma bacarığı;
·           Komandada işləmək bacarığı;
 
Vəzifə öhdəlikləri:
 
·           Müxtəlif kateqoriyalı texnikaların ehtiyat hissələrinin korporativ satışının həyata keçirilməsi;
·           Mühərrik yağları, akkumulyator, təkər və s. kateqoriyalar əsas olmaqla müştərilərə məhsul qruplarının tanıdılması;
·           Müştəri bazasının formalaşdırılması və artırılması üçün aktiv B2B görüşlərinin keçirilməsi;
·           Müştəri tələblərinin öyrənilməsi, qarşılanması və daimi loyallığın təmin edilməsi;
·           Müştəri borc öhdəlikləri və ödənişlərini daim nəzarətdə saxlamaq;
·           Məhsulların təmin edilməsi prosesini tam nəzarətdə saxlamaq, sənədləşmə məsələlərini həll etmək.
 
İş şərtlərimiz:
 
·           Əmək haqqı: 700 AZN + KPİ;
·           İş qrafiki : Tam iş günü (5 gün);
·           İş saatları: 08:30-17:30;
·           İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz;
·           Şirkət tərəfindən korporativ nömrə;
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5998
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1188
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 434
“İnnovativ məktəb” l...