Cümə, 8 Avqust, 2025

“Hüquq və Dövlət” Könüllülər Düşərgəsi


  • Dərc edildi: 7 Avqust, 2025 - 22:33
“Hüquq və Dövlət” Könüllülər Düşərgəsi

Hüquq bilikləri, dövlətçilik dəyərləri və liderlik bacarıqları bir arada! 

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Go Camp Volunteers” proqramı çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Hüquq və Dövlət” Könüllülər Düşərgəsi baş tutacaq. 

 

Sizi nələr gözləyir:

 Hüquq və dövlət quruculuğu mövzularında maarifləndirici seminarlar;

 Mütəxəssislərlə görüşlər və praktiki təlimlər;

 İntellektual oyunlar, motivasiyaedici sessiyalar;

 Könüllü şəbəkəsi ilə yeni tanışlıqlar, möhkəm dostluqlar və əməkdaşlıq imkanları.

 

Düşərgənin məqsədi gənclərdə hüquqi maariflənməni artırmaq, dövlətçilik və vətəndaşlıq dəyərlərini aşılayaraq onların cəmiyyətə fəal vətəndaş kimi inteqrasiyasına dəstək verməkdir. Düşərgə, həmçinin, gənclərin liderlik potensialını üzə çıxarmaq, şəbəkələşməni gücləndirmək və könüllülük hərəkatında fəallığı artırmaq məqsədi daşıyır. 

 

Sən də qeydiyyatdan keç və bu düşərgənin bir parçası ol! 

 

https://forms.gle/Vdou6B1uxG9B7sAYA

 

Məkan: Quba Olimpiya İdman Kompleksi

Tarix: 31 avqust - 3 sentyabr 2025-ci il

Qeydiyyat üçün son tarix: 14 avqust 2025-ci il

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5961
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1175
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 428
“İnnovativ məktəb” l...