Cümə, 6 İyun, 2025

Bakı Ali Neft Məktəbinin tələbələri "PAŞA Sığorta"nın Hakatonunda I yeri qazanıblar


  • Dərc edildi: 25 Dekabr, 2023 - 12:37
Bakı Ali Neft Məktəbinin tələbələri "PAŞA Sığorta"nın Hakatonunda I yeri qazanıblar

Bakı Ali Neft Məktəbinin tələbələri "PAŞA Sığorta"nın Hakatonunda I yeri qazanıblar

 

SOCAR-ın Bakı Ali Neft Məktəbində "PAŞA Sığorta" şirkətinin keçirdiyi Hakaton müsabiqəsinin qaliblərinin adları açıqlanıb və onların mükafatları təqdim olunub.

 

Bununla bağlı keçirilən tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və "PAŞA Sığorta" şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova iştirakçılara təşəkkür edib və qalibləri təbrik edərək onlara uğurlar arzulayıblar. 

 

Sonra qalib komandaların adları açıqlanıb. I yerin qalibi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri İsmayıl Məmmədzadə, Əli Məhərrəmli və Nadir İsgəndərovdan ibarət "Karma" komandası olub. Komanda 4 000 manat məbləğində pul mükafatı qazanıb.

 

II yerə "Phaster" komandası, III yerə isə "Eclipse" komandası layiq görülüb. 

 

18-19 noyabr tarixlərində Bakı Ali Neft Məktəbində keçirilən Hakaton müsabiqəsində müxtəlif universitetlərdə təhsil alan tələbələrdən ibarət komandalar yarışıblar. Ümumilikdə Hakatona 70-ə yaxın komanda müraciət edib, 33 komanda dəvət alıb, sonda isə 22 komanda mübarizə aparıb.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 103
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 284
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 81
Elm və təhsil naziri...