Bazar ertəsi, 21 İyul, 2025

AGMA xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün“Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat elan edir


  • Dərc edildi: 9 Yanvar, 2025 - 17:47
AGMA xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün“Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat elan edir

Yanvarın 8-dən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat elan edir. 

 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə AGMA məlumat yayıb.

Belə ki, “Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. 

2024-2025-ci tədris ilini əhatə edən layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Hazırda 300-dən çox soydaşımız dərslərə qoşulur. 

İkinci yarımil üzrə dərslərin 25.01.2025-ci il tarixində başlaması nəzərdə tutulmuşdur.

Qeydiyyat linki: https://forms.gle/cXsKcAz2k4t3EczUA
Elektron poçt: [email protected]
Mobil: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”)
Son müraciət tarixi: 17 yanvar 2025-ci il.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3746
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2144
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 200
Bu gündən tələbələri...