Bazar ertəsi, 21 İyul, 2025

“Azexport Talks”: Amerika və Avropa bazarlarına sürətli və uyğun qiymətə çatdırılmanın sirləri


  • Dərc edildi: 9 Yanvar, 2025 - 17:02
“Azexport Talks”: Amerika və Avropa bazarlarına sürətli və uyğun qiymətə çatdırılmanın sirləri

“Azexport Talks”: Amerika və Avropa bazarlarına sürətli və uyğun qiymətə çatdırılmanın sirləri.

 

İİTKM-nin operatoru olduğu “Azexport” portalı “Azexport Talks” layihəsinə start verir. Layihə çərçivəsində e-ticarət, ixrac, logistika, rəqəmsal ödənişlər, həmçinin rəqəmsal iqtisadiyyatın digər sahələrini əhatə edən müxtəlif mövzular müzakirə olunacaq, iştirakçıların sualları cavablandırılacaq. 

“Azexport Talks” layihəsinin bu həftə qonağı mərkəzi ofisi Türkiyədə yerləşən logistika şirkətinin həmtəsisçisi və icraçı direktoru Kemal Kayadır.

Onlayn görüşdə:

  • Azərbaycanda e-ticarətlə məşğul olan gənclərin Amerika və Avropa depolarından istifadə imkanları;
  • Sifarişlərin çatdırılma sürətini artırmaqla qiymətini uyğun saxlamağın yolları;
  • Yerli və xarici ekspertlər tərəfindən iştirakçıların e-ticarət və logistika üzrə sualları cavablandırılacaq. 

Görüş 14.01.2025-ci il saat 21:00-da onlayn keçiriləcək. 
Görüşdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyat linki: 

https://forms.gle/mesCLRoHCDN9jjWa8

Qeyd edək ki, tədbirdə fəal iştirak edən e-ticarət şirkətlərinin nümayəndələrinə Amerika və Avropa depolarından güzəştli şərtlərlə istifadə imkanı təqdim olunacaq. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3985
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2326
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 206
Bu gündən tələbələri...