Bazar ertəsi, 9 İyun, 2025

“EESTEC Baku” yeni fürsətlər təklif edir


  • Dərc edildi: 28 May, 2023 - 09:11
“EESTEC Baku” yeni fürsətlər təklif edir

Əziz tələbələr, 

 

Böyük məmnuniyyətlə bildirmək istəyirik ki, Cənubi Qafqazda ilk dəfə olaraq “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı Təşkilatının təşəbbüsü və dəstəyi ilə Elektrik Mühəndisliyi Tələbələrinin Avropa Birliyi Təşkilatının (EESTEC @eestec ) Bakı şəhərində müşahidəçi statusunda yerli bölməsi “EESTEC Baku” (@eestecbaku ) adı altında fəaliyyətə başlayır. 

 

Elektrik Mühəndisliyi Tələbələrinin Avropa Birliyi (EESTEC) Avropa universitetlərinin Elektrik Mühəndisliyi və Kompüter Elmləri (EECS) ixtisaslarında təhsil alan tələbələrin peşəkar, akademik və şəxsi inkişafına dəstək olmaq məqsədilə yaradılmışdır. 

 

Siz EESTEC beynəlxalq tələbə platformasının bir hissəsi olaraq,  liderlik, layihə idarə edilməsi, komanda quruculuğu fəaliyyətləri və yumşaq bacarıqlarınızı inkişaf etdirməklə yanaşı həmçinin ixtisas düşərgələri, ustad dərsləri, kampusdan kənar seminarlar və hakatonlar kimi müxtəlif imkanlara sahib olacaqsınız. 

 

‼️Qeydiyyatdan yalnız adları qeyd olunan ixtisaslarda təhsil alan tələbələr keçə bilərlər: Elektrik, Elektronika, Energetika, Elektroenergetika və İstilik energetikası mühəndisliyi, proseslərin avtomatlaşdırılması, kompüter elmləri, kompüter mühəndisliyi və əlaqəli ixtisaslar.

Qeydiyyat formu: LİNK

 

Son tarix: 6 iyun 2023

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 171
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 364
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 98
Elm və təhsil naziri...