Bazar, 20 İyul, 2025

Tələbələr üçün startap müsabiqəsi həyata keçiriləcək


  • Dərc edildi: 12 Aprel, 2025 - 11:20
Tələbələr üçün startap müsabiqəsi həyata  keçiriləcək

Tələbələr üçün startap müsabiqəsi həyata  keçiriləcək

 

Əziz tələbələr, 

Bakı Ali Neft Məktəbi və “BERC&Partners”in birgə təşəbbüsü ilə startap müsabiqəsi həyata 
keçiriləcək. 


Müsabiqə perspektivli startaplara lazımi dəstək göstərməklə onları uğurlu biznesə çevirmək məqsədi daşıyır.

Müsabiqədə iştirak şərtləri:
· Müsabiqədə hazırda Azərbaycan universitetlərində təhsil alan bütün tələbələr iştirak edə bilər;
· Startap layihəsi kommersiyalaşdırma potensialı olan innovativ ideya və texnologiyalar əsasında qurulmalıdır;
· Startaplar istənilən sahəni əhatə edə bilər, lakin əsas diqqət innovativliyə yönəlməlidir;
· Digər müsabiqələrdə qalib gələn və ya inkubasiya-akselerasiya proqramlarında iştirak edən startaplar müsabiqəyə qəbul edilmir. 
Təqdim olunmalı məlumatlar:
· Startapın adı və komanda üzvləri haqqında məlumat;
· Startapın həll etməyi hədəflədiyi əsas problem;
· Problemin həlli üçün təklif olunan innovativ metod;
· Biznes plan haqqında qısa icmal;
· 6 dəqiqəlik video təqdimat.
Qiymətləndirmə meyarları:
· İdeya və ya texnologiyanın innovativliyi və unikallığı;
· Potensial bazar və böyümə imkanı;
· Təklif olunan biznes modelin reallaşdırılması və davamlılığı;
· Ölçüləbilən göstəricilərə əsaslanması;
· Təqdimatının aydınlığı və effektivliyi;
· Kommersiyalaşdırma potensialı;
· Startap komandalarının ən azı 2-4 nəfərdən ibarət olması iştirakçılara üstünlük qazandıracaq.

Qiymətləndirmə nəticəsində münsiflər tərəfindən seçilən startapların növbəti 
mərhələlərə keçidi və inkişafı üçün müvafiq mükafatlar təqdim olunacaq:
I Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 5.000 Azn-lik xidmət paketi.
II Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 3.000 Azn-lik xidmət paketi.
III Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 2.000 Azn-lik xidmət paketi.

Qeyd: Layihələrin AI təməlli olması üstünlükdür. Perspektivli startaplar investorlara çıxış imkanı qazana bilər.

Müsabiqəyə son müraciət tarixi: 25.04.2025

Müraciət linki: LİNK

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3199
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1651
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 185
Bu gündən tələbələri...