Şənbə, 7 İyun, 2025

İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis vakansiyası


  • Dərc edildi: 6 Fevral, 2025 - 16:28
İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis vakansiyası

“Ziraat Bank Azərbaycan” ASC 
İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir
 


Vəzifəyə olan tələblər:


·        Ali təhsil(İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi sahələri üzrə təhsilə üstünlük verilir);
·        Bank sektorunda iş təcrübəsi;
·        İnformasiya Texnologiyaları, telekommunikasiya və ya Təhlükəsizlik  sahəsində 3 ildən artıq təcrübəyə üstünlük verilir; 
·        Bank qaydalarına və/və ya audit standartlarına dair məlumatının olması;
·        Güclü komanda işləri və layihə idarəetmə təcrübəsinin olması;
·        Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
·        Rus və ingilis dili bilikləri;
·        CISM, Comptia Security +, Comptia CySA və ya digər əlaqəli sertifikatlar olması üstünlükdür;
·        Təhlükəsizlik standartları (İSO 27001, NİST və.s) haqqında biliklər;
·        SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
·        Şəbəkə və sistem təhlükəsizliyi üzrə biliklər;
·        Phishing və digər e-poçt əsaslı hücumlardan qoruma üçün siyasətlərin tətbiqi və müvafiq alətlərin idarə edilməsi;
·        Kibertəhlükəsizlik təhdidlərinin tədqiqi, təhdidlərə dair göstəricilərin (IOC) və təhdid tendensiyalarının müəyyən edilməsi;
·        Sahə üzrə xüsusi modullar və alətlərin inkişaf etdirilməsi zamanı tədqiqat aparılması və davamlı inkişaf etdirilməsi üçün təhlillər;
·        Təhlükəsizlik boşluqlarının aşkarlanması və uyğun risk qiymətləndirilməsinin aparılması;
·        İnformasiya Təhlükəsizliyinə dair əsas bank və nəzarət orqanlarının tələblərinə uyğun qayda və standartların hazırlanması;
·        Təhlükəsizlik insidentlərinin araşdırılması və hesabatların hazırlanması.

 


Əsas vəzifələr:


·  Bankın informasiya təhlükəsizliyini qorumaq;
·        Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsini təmin etmək; 
·        IT fövqəladə hallar planı ilə işləmək;
·  Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
·  Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;
·  Texniki avadanlığın iş təhlükəsizliyini nəzarət etmək və serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
·  İnformasiya təhlükəsizliyini qorumaq üçün daim təkmilləşdirilmə işlərini irəli sürmək , o cümlədən sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunmasını təmin etmək;
·  Sistemlərin dayanıqlığının təmin olunmasına daim nəzarət etmək;
·  Antivirus proqramlarına və firewalların düzgün sazlanmasına və işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
·  Sistemlərin fasiləsiz fəaliyyətinin həyata keçirilməsi üçün Bankın Ehtiyat Mərkəzinin dayanıqlığını yoxlanılmasında iştirak etmək.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Fevral ayının 28-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 124
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 297
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 84
Elm və təhsil naziri...