Çərşənbə, 4 İyun, 2025

İnsan Resursları Mərkəzi Layihələrin təşkili və idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vakansiyası


  • Dərc edildi: 30 Oktyabr, 2023 - 15:44
İnsan Resursları Mərkəzi Layihələrin təşkili və idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vakansiyası

Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi Layihələrin təşkili və idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

Elektron şəbəkə və proqram təminatı işlərində dəstək olma;

Əsas texniki problemləri təyin etmə və həll etmə bacarığı;

Qeyd olunan istiqamətdə araşdırılmaların aparılması və müvafiq təkliflərin verilməsi.

Tələblər:

• İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya oxşar sahələr üzrə ali təhsil (İT ixtisası üzrə sertifikatlar arzuolunandır);

• Müvafiq sahədə iş təcrübəsi;

• Xarici dil bilikləri: rus dili və ingilis dili bilikləri (texniki səviyyədə);

• Proqramlaşdırma dilləri üzrə təməl biliklər (məsələn, Java, Javascript, Python və s.);

• Microsoft Office proqramları ilə işləmə qabiliyyəti;

• Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;

• Komandada işləmə bacarığı;

• Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı.

İş şəraiti:

İş günləri: I-V günlər;

İş saatı: 09:00-18:00.  

Vakansiya üçün müraciət etmək istəyən namizədlər “Mövzu” hissəsində “Aparıcı mütəxəssis” sözünü qeyd etməklə öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...