Bazar, 8 İyun, 2025

“Azexport”, Beynəlxalq Ticarət Mərkəzi və "EU4Digital" e-ticarətə dair növbəti təlimə başlayır


  • Dərc edildi: 6 Sentyabr, 2023 - 13:11
“Azexport”, Beynəlxalq Ticarət Mərkəzi və "EU4Digital"  e-ticarətə dair növbəti təlimə başlayır

“Azexport”, Beynəlxalq Ticarət Mərkəzi və "EU4Digital"  e-ticarətə dair növbəti təlimə başlayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Beynəlxalq Ticarət Mərkəzi (ITC - International Trade Center) və "EU4Digital" proqramının dəstəyi ilə e-ticarət konsultasiya layihəsinin növbəti mərhələsinə başlayır. Bu mərhələdə daha beş yerli şirkətə Avropanın e-ticarət bazarına çıxış üçün təlimlərdə iştirak imkanı yaradılır. 

“Azexport.az”ın rəhbəri Ayxan Qədəşov bildirib ki, cari ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan təlimlərdə Şərq Tərəfdaşlığı ölkələrində geniş auditoriyaya sahib olan “Amazon”, “Ebay”, “Etsy”, “Zalando”, “Pigu.lt”, “Allegro”, “Otto”, “Bol.com” və “Kaufland” kimi nəhəng elektron ticarət platformalarından istifadə qaydalarının ətraflı tədris olunması nəzərdə tutulub. 

Proqram çərçivəsində təlimdə iştirak edən şirkətlərə Avropanın e-ticarət bazarlarında satıcı hesabının yaradılması, məhsulların marketinq strategiyasının hazırlanması, müştərilərə effektiv xidmət göstərilməsi, logistik imkanlardan istifadə olunması, hesabın və ya məhsulun bloklanmasının qarşısının alınması, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərin həlli yolları geniş tədris ediləcək.

 Qeyd edək ki, təlimləri avropalı ekspertlər onlayn olaraq ingilis dilində keçəcəklər. Təlimə qoşulmaq üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat üçün link: https://bitly.ws/U2Uf 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 135
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 308
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...