Çərşənbə, 4 İyun, 2025

Gədəbəy rayonunda Əmək Yarmarkası keçiriləcək


  • Dərc edildi: 24 Avqust, 2022 - 09:34
Gədəbəy rayonunda Əmək Yarmarkası keçiriləcək

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

 Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə Gədəbəy rayonunda Əmək Yarmarkası keçiriləcək.

 “Al Market” MMC-də müvafiq vakansiya üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə qeyd olunan ünvana yaxınlaşa bilərlər.

 Yarmarkaya qatılan namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat

platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

 Əmək yarmarkasının keçiriləcəyi ünvan və tarix:

 Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi 21 (Qazax-Tovuz Regional Məşğulluq filialının Gədəbəy rayon xidmət şöbəsi)

 26 avqust, 2022

 11:00 - 13:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 217
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...