Cümə, 6 İyun, 2025

Pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “EduCamp 2023” düşərgəsinə qeydiyyat başlayır


  • Dərc edildi: 19 Fevral, 2023 - 19:51
Pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “EduCamp 2023” düşərgəsinə qeydiyyat başlayır

Pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “EduCamp” düşərgəsinə qeydiyyat başlayır.

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə "Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması" layihəsi çərçivəsində Quba rayonunda təhsil idarəetməsi və pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “EduCamp” düşərgəsi təşkil ediləcək. 

Düşərgənin keçirilməsində əsas məqsəd peşəkar, çevik və yenilikçi müəllimlərin cəlb edilməsiylə pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin peşəkar təhsil işçisi kimi formalaşmasına dəstək olmaq, onları stimullaşdırmaq və təhsil sahəsində birgə innovativ fəaliyyətlərin layihələndirilməsinə nail olmaqdır. 

Düşərgədə kimlər qeydiyyatdan keçə bilər: Ali təhsil müəssisələrinin pedaqoji profilli və əlaqəli ixtisaslarında 

🔹 bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələr;

🔹 magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr;

🔹 qeyd edilən ixtisaslar üzrə son 3 il ərzində məzun olmuş şəxslər.

5 günlük düşərgə çərçivəsində tələbələrin asudə vaxtlarının daha səmərəli və faydalı təşkili məqsədilə innovativ vorkşoplar, simulyativ sessiyalar, müxtəlif əyləncəli müsabiqə, idman yarışları, intellektual oyun və fəaliyyətlər keçiriləcək. 

Məlumat üçün bildirək ki, fevral ayında keçirilməsi nəzərdə tutulan pedaqoji düşərgənin təxirə salınması qiymətləndirmə mərhələsində iştirak edən namizədlərin əksəriyyətinin aşağı nəticə göstərməsi ilə əlaqədardır. Qeyd edilən səbəbi nəzərə alaraq, ümumi keyfiyyət göstəricisinin yüksəldilməsi məqsədilə pedaqoji düşərgə yenidən keçirilir. Düşərgədə iştirak üçün öncədən qeydiyyatdan keçən və imtahanda iştirak edən namizədlər yenidən müraciət edə bilərlər.

Düşərgədə iştirak etmək istəyən namizədlər 10 mart 2023-cü il tarixinədək https://forms.gle/ueqG4MHsMoRBDcpy9 linki vasitəsilə qeydiyyatdan keçməli və ali ixtisas sahəsi üzrə baza biliklərinin yoxlanılması məqsədilə qiymətləndirmə mərhələsində iştirak etməlidir. Uğurlu nəticə əldə edən namizədlərə düşərgə haqqında ətraflı məlumat təqdim olunacaq.

 

 

 

                                                     

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 75
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...