Cümə, 8 Avqust, 2025

“4Sİ Akademiyası" layihəsi çərçivəsində 700-dən çox kursa ödənişsiz qeydiyyat başladı!


  • Dərc edildi: 24 Avqust, 2023 - 14:28
“4Sİ Akademiyası" layihəsi çərçivəsində  700-dən çox kursa ödənişsiz qeydiyyat başladı!

“4Sİ Akademiyası" layihəsi çərçivəsində təlimlərə qeydiyyat başladı!

Yeni maarifləndirici layihə olan "4Sİ Akademiyası" onlayn təhsil platformasıdır. Bu layihəyə qoşulmaqla parlaq gələcəyinizi bu gündən qura bilərsiniz.

“4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) pilot layihəsi çərçivəsində 1 il ərzində tədris dili ingilis dilində olmaqla Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.

Gördüyünüz keçiddən (https://lnkd.in/epThXwtm) qeydiyyatdan keçməklə siz də Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarınızı 700-dən çox ödənişsiz təlimlərə qatılmaqla artıra biləcəksiniz.

Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5999
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1188
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 434
“İnnovativ məktəb” l...