Bazar ertəsi, 2 İyun, 2025

Azərbaycanın ən böyük elektron ticarət inkubasiya proqramına qoşulmağa hazırsınız?


  • Dərc edildi: 27 Fevral, 2025 - 17:05
Azərbaycanın ən böyük elektron ticarət inkubasiya proqramına qoşulmağa hazırsınız?

Azərbaycanın ən böyük elektron ticarət inkubasiya proqramına qoşulmağa hazırsınız? Odur ki sizə elektron ticarət dünyasında inkişaf etmək fürsəti yaradan "eCom X" proqramına qoşulmağa tələsin!



 Bu unikal elektron ticarət istiqamətli təlim və inkubasiya proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “SUP.VC” və “BONPARA” şirkətlərinin, eləcə də “Azərbaycan E-ticarət Birliyinin” təşkilatçılığı ilə həyata keçiriləcək.

Proqram iştirakçılara sıfırdan elektron ticarət biznesi qurmağı öyrədərək onları uğurlu elektron ticarət liderlərinə çevirmək, qlobal bazarlara çıxışı təmin etmək və Azərbaycanın startap ekosistemini gücləndirmək məqsədi daşıyır.

 Proqram çərçivəsində iştirakçılar elektron ticarətin əsas prinsiplərini, məhsul seçimini, rəqəmsal marketinq strategiyalarını, onlayn mağaza idarəçiliyini və biznesin böyüdülməsi istiqamətlərini öyrənərək bu proqram sayəsində gələcəklərini formalaşdırmaq üçün əhəmiyyətli imkanlar qazanacaqlar. 



 Kimlər iştirak edə bilər?



 Region gəncləri və tələbələr;

 Öz biznesini rəqəmsal aləmə daşımaq istəyənlər; 
 Onlayn mağaza qurmaq və electron ticarətə başlamaq istəyən hər kəs.

 Proqramın sonunda elektron ticarət layihələrini təqdim edən 16 ən yaxşı ideya inkubasiya mərhələsinə keçid şansı qazancaq. Daha sonra ən yaxşı elektron kommersiya layihələrinin müəlliflərinə layihələrini inkişaf etdirmək məqsədli ümumilikdə 30 000 AZN məbləğində pul mükafatı təqdim olunacaq. 

 Ətraflı məlumat və qeydiyyat üçün link:


Müraciət et

 Son müraciət tarixi: 1 Mart, Saat 10:00

Azərbaycanın elektron ticarət ekosistemində ən güclülərdən biri olmaq üçün bu fürsəti qaçırmayın!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 21
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 95
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 142
Lisey və gimnaziyala...