Cümə, 8 Avqust, 2025

Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının xalq artisti, Dövlət Mükafatı laureatı Alim Qasımov ilə görüş keçiriləcək


  • Dərc edildi: 12 Dekabr, 2022 - 16:10
Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının xalq artisti, Dövlət Mükafatı laureatı Alim Qasımov ilə görüş keçiriləcək

Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının xalq artisti, Dövlət Mükafatı laureatı Alim Qasımov ilə görüş keçiriləcək.

 

  Binəqədi Gənclər Evində “İmza saatı” layihəsinin qonağı Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Alim Qasımov olacaq.

🔰Qeyd edək ki, o, 1999-cu ildə Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını almışdır.

Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.

Alim Qasımov fərqli nominasiyaya layiq görülüb. Qasımov ABŞın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub.

26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşmışdır.

10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

 

Görüşdə iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidir!

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/e/1FAIpQLSe5a07mMgTF8VjjfMoGqgs7g582kRnWQRUhZb8LTn_N3mwOgQ/viewform?usp=sf_link

 

Tarix: 13 noyabr

Saat:12:00

Məkan: Binəqədi Gənclər Evi

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5963
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1177
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 428
“İnnovativ məktəb” l...