Şənbə, 7 İyun, 2025

"Modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərin düzgün peşə seçiminə dəstək” layihəsinin açılış mərasimi baş tutub


  • Dərc edildi: 30 Oktyabr, 2023 - 16:37
"Modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərin düzgün peşə seçiminə dəstək” layihəsinin açılış mərasimi baş tutub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "Modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərin düzgün peşə seçiminə dəstək” layihəsinin açılış mərasimi baş tutub.
"Modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərin düzgün peşə seçiminə dəstək”  layihəsinin açılış mərasimi  Ağcabədi rayon Nəcəfqulubəyli kənd tam orta məktəbdə keçirilib. 
Açılışda Ağcabədi şəhər 9 nömrəli məktəbin direktoru Rizvan Quliyev, Ağcabədi rayon Təhsil Sektorunun əməkdaşı Əliş Rüstəmli, Biləsuvar Peşə Liseyinin direktoru Əlifli Əliheydər, Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova məktəbin müəllim kollektivi və

şagirdlər iştirak edib.
Layihənin məqsədi məktəbdə zəruri avadanlıqlarla təhciz olunmuş modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərdə həyati bilik-bacarıqlarının inkişaf etdirilməsinə, ilkin peşə vərdişlərinin, müəyyən məişət qabiliyyətlərinin yaranmasına, texnologiya fənninin səmərəli tədrisinə və ən əsas da şagirdlərin gələcəkdə düzgün peşə seçiminə dəstək olmaqdan ibarətdir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Qeyd edək ki, layihə çərçivəsində Biləsuvar Peşə Liseyinin aşpaz və dərzi qrupları ilə dərslərdə onlayn əməkdaşlıq ediləcəkdir.
Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 117
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 292
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 83
Elm və təhsil naziri...