Cümə, 8 Avqust, 2025

Azərbaycan Karyera İnkişaf Forumu yenidən sizinlə


  • Dərc edildi: 29 Noyabr, 2022 - 17:05
Azərbaycan Karyera İnkişaf Forumu yenidən sizinlə

Azərbaycan Karyera İnkişaf Forumu yenidən sizinlə

 

Azərbaycan Karyera İnkişaf Forumu yenidən sizinlə!

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 21 dekabr 2022-ci il tarixdə Azərbaycan Karyera İnkişaf Forumu baş tutacaq.

 

“Gələcəyə hazır ol!” devizi altında keçiriləcək Forumun məqsədi karyera planlaması ilə məşğul olan peşəkarlar arasında əlaqələrin davamlılığını təmin etmək və bu sahədə olan problemlərin həlli yollarını müzakirə etməkdir. 

 

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları və gənclərin iştirakı nəzərdə tutulub.

 

Forumda yerli və xarici spikerlərin iştirakı ilə "Karyera Mərkəzlərinin yaratdığı fürsətlər", "Peşəkar karyera mühitində yeni çağırışlar" və "İş mühitində davamlı inkişafı necə təmin etməli" adlı 3 panel müzakirə keçiriləcək. Forumun işində iştirakçıların fəallığının təmin olunması, məhsuldarlığının artırılması məqsədilə birgə müzakirələr, işçi qruplar formatında görüşlər də nəzərdə tutulub.

 

Azərbaycan Karyera İnkişaf Forumuna iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyata da başlanacaq. 

 

Ətraflı: www.karyeraforumu.az 

 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5977
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1179
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 431
“İnnovativ məktəb” l...