Bazar, 8 İyun, 2025

Qrant layihəsinin təqdimatı keçirilib


  • Dərc edildi: 16 Noyabr, 2023 - 18:49
Qrant layihəsinin təqdimatı keçirilib

Qrant layihəsinin təqdimatı keçirilib

Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin nəticələrinə əsasən “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə məktəbimizin qalib olmuş "Debat klublarının yaradılması ilə təhsilalanların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin 107 nömrəli tam orta məktəbdə təqdimatı keçirilib. 


Layihənin qaydalarına uyğun olaraq yaradılacaq debat klublarından biri də 107 nömrəli tam orta məktəbdə təşkil ediləcək. Layihənin təqdimatında layihə rəhbəri - 169 nömrəli tam orta məktəbin direktoru Namiq İbadov , 107 nömrəli tam orta məktəbin direktoru - Kəmalə Məmmədova , məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib. Layihə haqqında şagirdlərə ətraflı təqdimat edilib.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 154
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 334
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 91
Elm və təhsil naziri...