Çərşənbə, 4 İyun, 2025

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan


  • Dərc edildi: 19 Aprel, 2025 - 22:32
Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan

 olunur.

Tələblər:

· Ali təhsil (İngilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik ixtisaslarında magistr dərəcəsi);

· İngilis dilinin tədrisi üzrə minimum 3 il pedaqoji təcrübə;

· Beynəlxalq dil sertifikatına (CELTA, DELTA, TOEFL) malik olmaq;

· Digər sertifikatlar  İELTS 7.5  sertifikatı

· İngilis dilində motivasiya məktubu;

· İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

· Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

· Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;

· Tədqiqatçılıq bacarığı.

İşin təsviri:

· Müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası;

· Dərs proqramına uyğun  nəticələrə nail olmaq üçün müasir tədris metodologiyaları və texnologiyalarından istifadə edilməsi;

· Tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;

· Müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə;

· Tələbələrin iştirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili.  

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz  CV-lərini və beynəlxalq dil sertifikatlarını (CELTA, DELTA, TOEFL, İELTS) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 20.05.2025-ci il saat 18:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 215
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...