Çərşənbə, 4 İyun, 2025

Qrafik Dizayner vakansiyası


  • Dərc edildi: 4 Oktyabr, 2023 - 11:26
Qrafik Dizayner vakansiyası

Şirkətimizdə hal-hazırda Qrafik Dizayner vakansiyası aktivdir.

Vəzifə öhdəlikləri:

Marketinq şöbəsinin kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanı yaratmaq və prosesləri yerinə yetirmək;
Şirkətin brend təlimatları çərçivəsində yüksək vizual təsirli materialların istehsalı və çatdırılması üçün tələb olunan bütün dizayn mənbələrinin, iş həcmini müəyyən etmək və dəstək olmaq;
Brendin idarə edilməsində və konsepsiyanın hazırlanmasından başlayaraq layihənin firma və lisenziyalı məhsullarının və kampaniyalarının reallaşdırılmasına qədər kreativ inkişafında şöbənin rəhbərinə dəstək olmaq;
Layihə tapşırıqlarının istehsalında Marketinq şöbənin rəhbərinə dəstək olmaq;
Gündəlik dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək;
Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərinin görülməsi; brand book, jurnal, korporativ və promo məhsulların, buklet, flayerlərin, kataloqların və vizitkartların dizaynını hazırlamaq;
Video çarxların təqdimatı və əlavə video/foto məzmunun təqdimatı üçün əsas vizual təsvirlərin, animasiya qrafiklərini yaratmaq;
SMM postları üçün qrafik və motion dizaynları hazırlamaq;
Dizayn üçün lazım olan foto və video kontentini toplamaq;
Proqram təminatı mə

hsullarının , UI/UX interfeyslərinin mövcüd dizaynlarını inkişaf etdirmək;
Dizaynlardakı problemləri və defektləri aşkarlamaq və aradan qaldırmaq;
Mobil tətbiqetmələrin, saytların və web interfeyslərin layihə və dizaynının hazırlanmasında “reviewer” olaraq iştirak etmək və dizayn yığıldıqdan sonra, onu yoxlamaq.

Tələblər:

Təhsil: Ali (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
Təcrübə: 1 il;
Sertifikatlar: Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə təlimlərə aid sertifikatlar arzu olunandır;
Dil bilikləri: Azərbaycan – Səlis ünsiyyət bacarığı;
Texniki biliklər:
MS Office proqramları.
Çap və web ( social media paylaşımları) materialları hazırlama bacarığı
Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə işləmə bacarığı

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə CV-lərinizi mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 215
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...