Bazar, 20 İyul, 2025

Audit üzrə kiçik mütəxəssis vakansiyası


  • Dərc edildi: 5 Fevral, 2024 - 15:40
Audit üzrə kiçik mütəxəssis vakansiyası

Şirkət: “AzəriMed“ QSC
Vakansiya: Audit üzrə kiçik mütəxəssis
Tələblər:
• Yaş: 22-35;
• Təhsil: Tibbi, iqtisadi və ya digər analitik ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili;
• Kompüter bilikləri: MS Office proqramlarından istifadə bacarığı;
• Təcrübə: Aptek sahəsində satış üzrə təcrübə yaxud audit təcrübəsi;
• Ezamiyyətə açıq olmalı və növbəli rejimdə işə çıxa bilməli;
• Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilməli;
• Analitik təfəkkür;
• İşində peşəkar, məsuliyyətli, ünsiyyətcil, səbrli və inkişafa meyilli;
• Komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
• İllik Audit planına və plandan kənar qrafikə əsasən, apteklərə audit vizitlərinin keçirilməsi;
• Təyin edilmiş ölkədaxili ərazilər üzrə ezamiyyətlərə gedilməsi;
• Audit viziti zamanı qarşılaşılan problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi, təhlili və tövsiyələrin hazırlanması;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və müvafiq şəkildə hesabatların verilməsi;
• Şirkətdaxili konfidensiallığa riayət olunması;
• Audit vizitinin nəticəsinə uyğun olaraq statistik, risk hesabatlarının və iş planlarının təqdim edilməsi.
İş şəraiti:
• Əmək haqqı: 550 AZN (Gross) + Bonus
• İş qrafiki: Tam iş günü
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Audit kiçik mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3195
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1649
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 185
Bu gündən tələbələri...