Bazar, 20 İyul, 2025

Ali Riyaziyyat üzrə intellektual yarış həyata keçirilir


  • Dərc edildi: 20 Fevral, 2024 - 16:29
Ali Riyaziyyat üzrə intellektual yarış həyata keçirilir

“Bir Könüllü” Tələbə Təşkilatının "Tələbə Riyaziyyatçılar" Klubunun təşkilatçılığı ilə Ali Riyaziyyat üzrə intellektual yarış həyata keçirilir! 

Yarışda təhsil aldığı ixtisas sahəsindən asılı olmayaraq ali riyaziyyat ilə maraqlanan və bakalavr pilləsində təhsil alan hər bir tələbə 3 nəfərdən ibarət komanda tərtib etməklə iştirak haqqı qazanmaq üçün müraciət edə bilər.

Tarix: 02.03.2024
Saat: 11:00
Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

İntellektual yarışın təşkili tələbələr arasında ali riyaziyyat sahəsinə marağın artırılması, intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, yarışın qaliblərini müxtəlif hədiyyələr gözləyir.

Yerlərin məhdud sayda olduğunu nəzərə alaraq, qeydiyyatdan keçməyə tələsin! 
 Keçid: https://forms.gle/DpxKvdpHVHFJHzzk9

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3195
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1649
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 185
Bu gündən tələbələri...