Cümə, 8 Avqust, 2025

Ödənişsiz Barista Kursu


  • Dərc edildi: 22 Noyabr, 2022 - 19:27
Ödənişsiz Barista Kursu

Hər birimiz gözəl qəhvə içmək istəyirik. Bu gün biz qəhvəmizin dərəcəsini, onun hansı qəhvə növündən dəmlənməsini seçə bilirik. Hətta qəhvəmizdən hərtərəfli zövq almaq üçün onu fərdiləşdiririk.

Əslində, bunların hamısını bizim yerimizə baristalar edir. Bir neçə il əvvələ qədər çox az adam bu peşə haqqında məlumatlı idisə, bu gün qəhvə həvəskarlarının sayının artmasıyla barista yüksək tələb olan peşəyə çevrilib.

Bəs baristanın bilməli və diqqət yetirməli olduğu əsas məsələlər hansılardır?

- Nəzəri biliklər
- Doğru qəhvə dənəsi seçimi
- Espresso və filtr qəhvə hazırlanmasında ustalıq
- Təqdimat qabiliyyəti
- İstifadə edilən avadanlıqların gigiyenasına nəzarət etmək
- Qəhvənin təzəliyi

Əgər siz mövcud olan toxum növlərindən tutmuş müxtəlif üyüdmə növlərinə qədər qəhvə hazırlamaq prosesi ilə bağlı hər şeyi bilmək, həm nəzəri, həm də praktiki olaraq qəhvə dünyasına aid olan hər şeyi öyrənmək istəyirsinizsə, bu arzunuzu Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi ödənişsiz peşə kurslarında reallaşdıra bilərsiniz.

Qeydiyyatda olduğunuz rayon üzrə Regional Məşğulluq filialına və müvafiq DOST Mərkəzlərinə müraciət etməklə 175 prioritet istiqamət üzrə ödənişsiz peşə hazırlığı kursları barədə ətraflı məlumat əldə edə və sizi maraqlandıran istiqamət üzrə kurslara qatıla bilərsiniz.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6027
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1195
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 438
“İnnovativ məktəb” l...