Şənbə, 7 İyun, 2025

Kredit və bazar riskləri şöbəsinin rəisi vakansiyası


  • Dərc edildi: 30 Avqust, 2022 - 14:56
Kredit və bazar riskləri şöbəsinin rəisi vakansiyası

Vəzifə öhdəlikləri

  • Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsi;
  • Bütün kredit məhsul seqmentləri üçün qiymətləndirmə modellərinin işlənilməsi və daim yenilənməsi;
  • IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması və modelin daimi yenilənməsi.
  • MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
  • Kredit riski limitlərinin hesablanması və limit siyasəti və çərçivə yeniləmələri üçün tövsiyələrin verilməsi;
  • Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsi və risk imkanlarının səviyyəsinin artırılması;
  • Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  •  Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı hesabatların verilməsi;
  •  Statistik modellərin  hazırlanması və mövcud kredit risklərini qiymtləndirən modellərin yenilənməsi;
  •   Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi;
  •  Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların daim yenilənməsi, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
  •  Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
  •   Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması;
  •   Bazar riskləri üzrə stress test modellərin qurulması və onların daimi yenilənməsi;
  •   Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.

Vəzifəyə dair tələblər

 

  • Bazar və kredit riskləri sahəsində minimum 5 il iş təcrübəsi;
  • Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
  • Dəqiqlik, məsuliyyət və düzgünlük;
  • Komandada işləmək bacarığı;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
  • MS Office proqramlarında (xüsusi ilə, Excel, SPSS) keyfiyyətli işləmək bacarığı;
  • Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
  • Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyini bilmək;
  • Lazım gəldikdə ölkə ərazisində ezamiyyətə getmək imkanı;
                                                 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin rəisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.

Mail: [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 124
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 297
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 84
Elm və təhsil naziri...