Şənbə, 7 İyun, 2025

Alman-Azərbaycan Xarici Ticarət Palatasında təcrübəçi


  • Dərc edildi: 21 Oktyabr, 2021 - 07:36
Alman-Azərbaycan Xarici Ticarət Palatasında təcrübəçi

Alman-Azərbaycan Xarici Ticarət Palatasında təcrübəçi Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK Azərbaycan) (www.ahk-baku.de) təcili təcrübəçi tələb olunur. Təcrübə müddəti 3 ay təşkil edir. Alman-Azərbaycan Xarici Ticarət Palatası haqqında: AHK Azərbaycan Almaniya İqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəliyidir. Öz fəaliyyətimiz çərçivəsində biz Almaniya və Azərbaycan şirkətlərinə dəstək verir və il ərzində müxtəlif şəbəkədaxili tədbirlər təşkil edirik. Bizim gənc, motivasiyalı komandamıza dəstək üçün təcrübəçi tələb olunur. Əsas vəzifə və öhdəlikləri: • AHK Azərbaycanın şöbələrinin işinin dəstəklənməsi • Ünvan araşdırmaları, bazar araşdırmaları və işgüzar tərəfdaşların axtarışlarında iştirak • Sorğuların keçirilməsində iştirak • Biznes nümayəndə heyəti səfərlərinin və AHK Azərbaycanın digər tədbirlərinin təşkilində iştirak • AHK Azərbaycanın əlaqə məlumatları bazasının işlənilməsi və a

ktuallaşdırılması • Tərcümə işləri • İnzibati vəzifələr Tələblər: • İqtisadi təhsil sahəsi üzrə magistratura və 4-cü kursdan etibarən bakalavr pilləsinin tələbələri • İqtisadi və siyasi münasibətlər sahəsində biliklərin olması • Müstəqil qərar vermə, komandada işləmək və yaxşı kommunikasiya bacarığı, çeviklik • İngilis və Azərbaycan dilində mükəmməl yazılı və şifahi dil biliyi, alman dilini bilənlərə üstünlük verilir • MS Office proqramları ilə işləmək bacarığı Bizim təklifimiz: • Müxtəlif sahəli fəaliyyət diapazonu • Layihələrin hazırlanmasında iştirak • Zəngin iş təcrübəsinin əldə olunması • Gənc, açıqfikirli komanda ilə işləmək fürsəti • Azərbaycan və Almaniya arasındakı dinamik iqtisadi münasibətlərə baxış imkanı Müraciət etmək üçün Sizdən tərcümeyi halınızı müraciət məktubu ilə birlikdə31.10.2021-ci iltarixinədək[email protected]elektron ünvanına göndərməyiniz xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 118
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 293
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 83
Elm və təhsil naziri...