Cümə, 18 İyul, 2025

“Blitz” 3+2 turniri keçirilib


  • Dərc edildi: 28 Sentyabr, 2021 - 14:29
“Blitz” 3+2 turniri keçirilib

Bakı Gənclər Mərkəzinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Şah Klub” şahmat klubunun təşkilatçılığı ilə şahmat üzrə “Blitz” 3+2 turniri keçirilib   Bakı Gənclər Mərkəzinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Şah Klub” şahmat klubunun təşkilatçılığı ilə şahmat üzrə “Blitz” 3+2 turniri keçirilib. Şahmat turniri öz qəhrəmanlığı, şücaəti, qorxmazlığı ilə ürəklərdə əbədilik qazanan şəhid Əkbər Hüseynovun xatirəsinə həsr olunub. Əvvəlcə şəhidin məzarı ziyarət olunub. Şəhidin ruhuna dualar oxunub, məzarı önünə ​ gül dəstələri qoyulub. Daha sonra Bakı Gənclər Mərkəzində turnirin açılış mərasimi keçirilib. ÖncəAzərbaycanın dövlət himni səsləndirilib, 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Gənclər Mərkəzinin nümayəndəsi qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev ​ şəhid ​ Hüseynovun və torpaqlarımızı düşmən tapdağından qurtararaq canlarından keçən qəhrəmanlarımızın mübarizliyindən danışıb. O, Vətən müharibəsində şəhid olan igid oğul və qızlarımızın xatirəsinin xalqımızın yaddaşında həmişəlik yaşayacağını bildirib. Daha sonra çıxış edən şəhidin anası Tahirə Hüseynova övladı barədə xatirələrini bölüşüb, turnir iştirakçılarına uğurlar arzulayıb. Çıxışlardan sonra “Şah klub” şahmat klubunun rəhbəri Araz Babayev tərəfindən turnirə start verilib.Gərgin mübarizə şəraitində keçən yarış 3 saat davam edib. ​Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib. Qalib gələn iştirakçılara sertifikat, medal və pul mükafatı təqdim olunub. Qeyd edək ki, turnir Bakı Gənclər Mərkəzinin “Anım günü” ilə bağlı keçirdiyi silsilə tədbirlərdəndir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 185
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 156
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 457
Bağçada tərbiyəçi-mü...