Bazar, 27 İyul, 2025

Mühafizə və rejim şöbəsində Mühafizəçi vakansiyası


  • Dərc edildi: 28 Sentyabr, 2021 - 14:25
Mühafizə və rejim şöbəsində Mühafizəçi vakansiyası

ABB Təhlükəsizlik departamentinin Mühafizə və rejim şöbəsinə Mühafizəçi vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Görəcəyiniz işlər:

  • Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
  • Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
  • Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, aidiyyəti üzrə bölüşdürülməsi;
  • Yanğın mühafizə sistemlərinə nəzarət;
  • Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
  • Bankın inzibati binasının mühafizəsinin təşkili.
Bizim üçün uyğun namizəd:
  • Ali və ya orta ixtisas təhsilli;
  • Mühafizə sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
  • Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
  • Boyu – 1.80 sm-dən, çəkisi 75 kq-dan aşağı olmayan;
  • Həqiqi hərbi xidməti başa vurmuş;
  • Praktiki sağlam və yaxşı fiziki formada olan; (hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir)
  • Ünsiyyət bacarığı yüksək səviyyədə olan;
  • Detallara diqqət yetirmə bacarığına sahib olan;
  • Məsuliyyətli və intizamlı.
Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “ Mühafizə və rejim şöbəsinə mühafizəçi")   İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Əlavə məlumat üçün: www.abb.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 210
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 801
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 611
Azərbaycan Texnologi...